Xocalı soyqırımı zamanı rayonun prokuroru işləmiş Atakişi Atakişiyev dünyasını dəyişib.
Modern.az xəbər verir ki, 40 ilə yaxın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş A.Atakişiyev ötən gün vəfat edib. O, İmişli rayonunda dəfn ediləcək. Xocalının prokuroru işləmiş Atakişi Atakişiyev soyqırımıdan bir neçə gün əvvəl o vaxtkı dövlət rəhbəri Ayaz Mütəllibova vurduğu teleqramla gündəmə gəlmişdi.