İdman

“Qarabağ” daha bir aparıcı futbolçusunu itirdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən “Qarabağ” daha bir itki ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, “köhlən atlar”dan Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında forma geyinməyəcək.
Azərbaycan çempionunun aparıcı futbolçusu cəzalı duruma düşüb. O, Zaqreb “Dinamo”su ilə Xorvatiyadakı görüşdə sarı vərəqə alıb. Bu, braziliyalının mövsümdə 3-cü xəbərdarlığı olub. Bu səbəbdən də Romao “Dinamo” ilə avqustun 28-də Bakıda keçiriləcək görüşdə forma geyinməyəcək.
Xatırladaq ki, “Qarabağ” səfərdə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, “Qarabağ”ın heyətində daha öncə iki futbolçusu Marko Yankoviç və Veşoviç zədə səbəbindən komandaya “Dinamo Zaqreb”lə görüşdə kömək edə bilməmişdi.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata