Uncategorized

Bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparılır

Polis Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparır.Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.Qeyd edək ki, sosial şəbəkədə şəhər ərazisində yerləşən “Kaspi Kids” uşaq bağçasında azyaşlılara şiddət göstərilməsi ilə bağlı video görüntülər yayılıb.

0
0

Həmçinin baxa bilərsiniz

Uncategorized

Qazax sakinləri “Azəriqaz”a müraciət etdi – FOTOLAR

  • 25 Aprel 2023 - 21:32
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qazax rayonunda təşkil edilib. Aksiyaya ümumilikdə 20-yə yaxın sakin qatılıb ki, bunlardan da 16
Uncategorized

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Tərtər RİH-də əməliyyat: Saxlanılanın kimliyi bilindi – YENİLƏNİB

  • 01 Avqust 2023 - 10:33
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxsin kimliyi bilinib. “Report”