Xəzər Universitetində bıçaqlanan tələbə cərrahi əməliyyata götürülüb.Yenisabah.az xəbər verir ki, bu barədə Ölkə.Az-ın sorğusuna cavab olaraq universitetdən məlumat verilib.Tələbə əməliyyatdan çıxdıqdan sonra vəziyyətlə bağlı məlumat veriləcəyi bildirilib.***TƏBİB-dən isə Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki,29.05.2025-ci il tarixində saat 11:30 radələrində Nizami rayonu, Xəzər Universitetindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub:”Ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozuları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və Əməliyyat blokuna alınıb. Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir”.Qeyd edək ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.Xatırladaq ki, hadisə barədə ilkin məlumatı modern.az saytı yazmışdı.
Bıçaqlanan tələbənin vəziyyəti açıqlandı – Yenilənib
