Cəmiyyət

Nazirin cəzaçəkmə müəssisəsinin rəisini işdən çıxarma SƏBƏBİ MƏLUM OLDU

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Çingiz Yusifov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzalandırılıb.Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqlıq, smart saat, modem aparatı və bahalı viski aşkarlanıb.Həmin dustaq da məsuliyyətə cəlb edilib və əlavə 5 ay həbs cəzası alıb.Qeyd edək ki, bu hadisədən sonra Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.Çingiz Yunisovun, ümumiyyətlə, ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər