Siyasət

Bu gün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə işçi qrupun iclası keçiriləcək.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“İyunun 2-də Moskvada regional kommunikasiyalar üzrə işçi qrupun iclası planlaşdırılıb”, – deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, M.Qriqoryan bundan əlavə bildirmişdi ki, işçi qrupun görüşü çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib.

Mənbə: Erməni KİV

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,