Dünya

ABŞ-də 71 yaşlı təqaüdçü cekpot uddu

Nyu-York sakini olan 71 yaşlı təqaüdçü 476 milyon dollarlıq cekpot udub.

Qeyd olunur ki, bu, lotereyanın 2002-ci ildə istifadəyə verilməsindən bəri ən böyük məbləğdə uduşdur.

71 yaşlı Conni Taylor bildirib ki, ona böyük pullar qazandıran bileti tez-tez lotereya aldığı mağazadan əldə edib.

“Həyat yoldaşıma cekpotu udduğumu deyəndə, o, mənə sadəcə inanmadı. Əslində indi də hər şey qeyri-real görünür”.

Təqaüdçü udduğu pula özünə yeni ev alacağını, dünyanı gəzəcəyini və yerli kilsəyə ianə verəcəyini bildirib.

Mənbə: NY Post

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin