Siyasət

Xankəndiyə gəlmək istəyən erməni hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən geri qaytarıldı

Ermənistandan Xankəndiyə gəlmək istəyən şəxs “Laçın” sərhəd-buraxılış məntəqəsində sərhədçilərimiz tərəfindən saxlanılıb və ona Azərbaycan ərazisinə daxil olmağa icazə verilməyib. 

Bu barədə Ermənistan mətbuatı xəbər verib.

Qeyd olunur ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, mülki geyimli şəxs məhz hərbçi olduğuna görə sərhəd-buraxılış məntəqəsindən keçməsinə qadağa qoyulub.

Ermənistan mətbuatı isə baş verən bu hadisəni belə qiymətləndirib:

“Bu hadisə onu deməyə əsas verir ki, azərbaycanlılar sərhəddən keçmək istəyən istənilən şəxsin kimliyini müəyyən edə bilirlər, onların müvafiq məlumat bazası var. Üstəlik bu hadisə Rusiya sülhməramlıları və Rusiya faktorunun Qarabağda hər hansı rol oynamadığını təsdiq edir”.

Mənbə: Hraparak

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,