Cəmiyyət

Bu gün Ermənistanda əsir saxlanılan əsgərimizin “məhkəmə”si keçiriləcək

Aprelin 10-da yolu azaraq Ermənistan tərəfinə keçən hərbçilərimizdən biri Hüseyn Axundovun bu gün  “məhkəmə”si keçiriləcək.

“Məhkəmə prosesi” Qərbi Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsində keçiriləcək.

Hüseyn Axundovun “cinayət işinə” hakim Napoleon Ohanyana baxacaq.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Hüseyn Axundov yalançı iddialarla günahlandırılır.

O, Sünik rayonunda 57 yaşlı asayiş keşikçisini “qətlə yetirməkdə” təqsirləndirilir.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu 2023-cü ilin 10 aprel tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Mənbə: Aravot.am

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər