Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.
Oxu.Az-ın məlumatına görə, bu gün turnirin dördüncü mərhələsi keçiriləcək.
Yarışa bu dəfə Gəncədən start veriləcək. Velosipedçilər Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət edəcəklər.
Qeyd edək ki, ilk üç mərhələdən sonra turnirə italiyalı Emanuele Ansolini liderlik edir. İyunun 11-dək davam edəcək “Əziz Şuşa” beynəlxalq yarışının nəticələrinə əsasən, velosipedçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.