Siyasət

Vyetnam Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

İcazə verin, Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına milli bayramınız – Müstəqillik Gününün 105-ci ildönümü münasibətilə ən səmimi təbriklərimi çatdırım.

Vyetnam Azərbaycanda həyat səviyyəsinin yüksəldilməsi, ölkənin inkişafı və beynəlxalq mövqeyinin möhkəmlənməsi istiqamətində xalqınızın əldə etdiyi nailiyyətləri həmişə maraqla izləyir və onlarla fəxr edir.

Vyetnam ilə Azərbaycanın regionda və beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə kömək edən ənənəvi dostluğun, çoxtərəfli əməkdaşlığın müsbət inkişafına çox şadam.

Əminəm ki, Vyetnamla Azərbaycan bu əsasda ölkələrimizin və xalqlarımızın tərəqqisi, rifahı, bütün dünyada sülh və inkişaf naminə gələcəkdə də müxtəlif sahələrdə əməkdaşlığı genişləndirəcəkdir.

Azərbaycan Respublikasına tərəqqi, xalqınıza isə xoşbəxtlik və əmin-amanlıq diləyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət və ali fəaliyyətinizdə böyük uğurlar arzu edirəm”.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,