AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Estoniya oyununun hakimləri açıqlanıb.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma Çexiyadan olan ədalət təmsilçilərinə həvalə olunub.
Baş hakim Andrey Berkaya laynsmanlar qismində İvo Nadvornik və Kamil Hayek yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 17-də “Dalğa Arena”da oynanılacaq Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.