Siyasət

İlham Əliyev: “Biz öz torpaqlarımızı döyüşərək geri qaytardıq”

“Bilirsiniz ki, 30 il ərzində Azərbaycan Ermənistanla danışıqlarda iştirak edirdi, onlar da heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun döyüş ruhu ərazi bütövlüyümüzü bərpa etdi”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

Ərazi bütövlüyümüzün bərpasının danışıqlar və ya hər hansı vasitəçilik hesabına baş vermədiyini vurğulayan dövlətimizin başçısı deyib: 

“Əksinə, həmin vasitəçilik səyləri vəziyyətin dondurulmasına gətirib çıxarmışdı. Biz bununla razı olmadıq, biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı döyüşərək aldıq”.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,