Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, avtomobil yolu keçən 46 yaşlı Dilarə Ərrəhman qızı İsmayılovanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.