İdman

Fransanın Jardin şəhərində Azərbaycanı təmsil edən idmançı qalib olub – FOTO

16-18 iyun 2023-cü il tarixlərində Fransanın Jardin şəhərində CDİ3* kateqoriyalı atçılıq idmanının dressura növü üzrə beynəlxalq yarış keçirilib.

“Trend” xəbər verir ki, Almaniya, Fransa, Belçika, Böyük Britaniya, Niderland kimi 20-dən çox ölkədən idmançıların iştirak etdiyi mötəbər yarışda Azərbaycanı Aqata və Karina Zəhrabəyovalar təmsil ediblər.

Aqata Zəhrabəyova yarışa “RM Golden Showman”, Karina Zəhrabəyova isə “Ein Stern” və “Delicato 2” atları ilə qatılıblar.

Gərgin keçən mübarizədə Aqata Zəhrabəyova üç yarışda 70%-dən çox xal toplayaraq ilk üçlükdə qalmağı bacarıb, Karina Zəhrabəyova isə həftəyə 74%-dən çox xalla yekun vuraraq “Junior Freestyle” yarışının qalibi olub.

Tədbirin sonunda qaliblər pul mükafatı, medal və kuboklarla təltif ediliblər.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata