Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Co Baydenin Çin lideri Si Cinpini diktator adlandırması ilə bağlı məsələyə münasibət bildirib.
D.Peskov vurğulayıb ki, Co Baydenin bu açıqlaması Birləşmiş Ştatların ziddiyyətli siyasət yürütdüyünü deməyə əsas verib.
“Artıq Birləşmiş Ştatların mentorluq tonu çoxlu sayda dövlətlər üçün qəbuledilməzdir, lakin bu, onların işidir”, – deyə D.Peskov vurğulayıb.
D.Peskov xatırladıb ki, Co Baydenin açıqlamaları bir neçə gün əvvəl Antoni Blinkenin Pekinlə təmaslarına və müxtəlif barışdırıcı bəyanatlarına tərs mütənasibdir:
“İndi isə ABŞ dövlət başçısı tərəfindən belə anlaşılmaz “kompensasiya”lar haqqında məlumatları gördük. Lakin bu, onların işidir. Bizim Amerika Birləşmiş Ştatları ilə öz pis münasibətlərimiz və Çin Xalq Respublikası ilə öz çox yaxşı münasibətlərimiz var”.
Mənbə: Reuters