Hadisə

Zaqatalada iki avtomobil toqquşub, xəsarət alan var

Zaqatalada “Niva” və VAZ-2107 markalı minik avtomobilləri toqquşub, xəsarət alan var.

APA-nın məlumatına görə, hadisə rayonun Yengiyan kəndində baş verib.

Yengiyan kənd sakini, 21 yaşlı Emil Ceyhun oğlu Səfərovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdiyi “Niva” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.