Cəmiyyət

“Azərbaycan Hava Yolları” təxirə salınmış dörd reysi həyata keçirib – YENİLƏNİB

Naxçıvanda hava şəraitinin müvəqqəti yaxşılaşması ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” dünəndən etibarən təxirə salınmış dörd reys həyata keçirib. Bunlar müvafiq olaraq J2-2251, J2-265, J2-261 və J2-257 reysləridirlər.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Gecikmiş J2-267 reysinin sərnişinlərinin Bakıdan Naxçıvana saat 10:40-da uçacağı gözlənilir.

Bu marşrut üzrə digər gecikmiş reyslərin sərnişinlinə uçuş vaxtı haqqında əlavə məlumat mümkün olduğu təqdirdə veriləcək.

Meteoroloqların proqnozuna görə, Naxçıvanda hava şəraiti gündüz saatlarında yenidən pisləşə bilər, bununla əlaqədar AZAL sərnişinlərdən reysinin yola salınması ilə bağlı məlumat gözləməyi və daha sonra hava limanına gəlməyi xahiş edir.

Gecikmiş reyslərlə bağlı aktual məlumatı aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə, həmçinin [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

01:47

Respublika ərazisində davam edən əlverişsiz hava şəraiti və Naxçıvan istiqamətində uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bir sıra beynəlxalq reyslərinin həyata keçirilməsində müvəqqəti gecikmə yaranıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Aşağıda 23 iyuna nəzərdə tutulan uçuşların yerinə yetirilməsində dəyişikliklərin cədvəli təqdim edilib:

– Bakı-Domodedovo marşrutu üzrə saat 09:00-a planlaşdırılan AHY181/182 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 2 saat təşkil edir.

– Bakı-Praqa-Bakı marşrutu üzrə saat 07:00-a planlaşdırılan AHY109/110 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 4 saat təşkil edir.

– Bakı-Tbilisi-Bakı marşrutu üzrə saat 09:30-a planlaşdırılan AHY9223/9224 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 1,5 saat təşkil edir.

– Bakı-Antalya-Bakı marşrutu üzrə saat 14:20-a planlaşdırılan AHY125/126 reysi saat 15:50-da yerinə yetiriləcək. Gecikmə 1,5 saat təşkil edir.

Aviaşirkət uçuşların gecikməsi nəticəsində yarana biləcək narahatlığı minimuma endirmək və gözləmə zamanı sərnişinlərin rahatlığını təmin etmək üçün bütün lazımi tədbirləri görür.

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə ən son məlumatları əldə edə, həmçinin [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər