Dünya

Ukraynada “Bayraktar”ın istehsalına nə vaxt başlanacağı məlum olub

Türkiyənin “Baykar” şirkəti Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” döyüş PUA-larının istehsalına 2025-ci ildə başlayacağını gözləyir.

Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar məlumat verib.

“Baykar”ın (Ukraynadakı) yerli törəmə müəssisəsində – “Avia Ventures” MMC-də – tikinti işləri plana uyğun olaraq davam edir. Açılış 2025-ci ilə planlaşdırılıb”, – deyə o bildirib.

Şirkət rəhbəri qeyd edib ki, zavodda artıq hazırlıq işlərinin əsas hissəsi aparılır. Onun sözlərinə görə, iyulda zavodun elektrikləşdirilməsi gözlənilir.

Xatırladaq ki, Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı üzrə zavodun tikintisinə başlanacağı 2022-ci ilin avqustunda bildirilmişdi.

Mənbə: Yeni Akıt

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin