Cəmiyyət

Gəncədə su içində batan abidəyə baxan yoxdur – VİDEO

Mövsüm boyu yağan yağışlar tarixi abidəni göl içində qoyub.

Söhbət Gəncədəki Comərd Qəssab türbəsindən gedir. İntensiv yağan və günlərlə çəkilməyən yağış suları hətta abidənin içərisinə daxil olaraq qalın palçıq təbəqəsi yaradıb.

Abidənin yaxınlığında onun 2004-cü ildə bərpa edildiyi və dövlət tərəfindən qorunduğuna dair lövhə yerləşdirilsə də, aidiyyəti qurumlar türbənin vəziyyəti ilə maraqlanmır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, türbənin ətrafına yığılan suyun təmizlənməsi üçün müvafiq qurumlara müraciət olunub, abidənin mühafizəsi istiqamətində isə əlavə tədbirlər görülməsi nəzərdə tutulub.

Daha ətraflı Baku TV-nin süjetində:

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər