Hadisə

Masallıda üç nəfər birləşib evdən 9 000 manatlıq oğurluq etdilər

Masallıda evdən 9 000 manatlıq oğurluq edilib.Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 27-də gecə saatlarında R.Qasımovanın yaşadığı rayonun Köhnə Alvadı kəndindəki evdən 4 000 manat pul və 5 000 manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakinləri əvvəllər məhkum olunmuş R.Musazadə, O.Abıyev və S.Əliyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.