Siyasət

Zelenski Xorvatiyaya təşəkkür etdi

Xorvatiya 1932-1933-cü illərdə baş verən Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb. Ölkə parlamenti bununla bağlı müvafiq bəyannamə qəbul edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Twitter” səhifəsində məlumat verib.

Zelenski bu qərara görə Xorvatiyaya təşəkkür edib.

“Mən bu tarixi səsverməyə görə Xorvatiyaya minnətdaram. Dünya Kremlin nə keçmiş, nə də indiki cinayətləri ilə barışacaq”, – deyə Zelenski qeyd edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da tarixi qərara və Qolodomor qurbanlarının xatirəsini yad etdiyinə görə Xorvatiya parlamentinə təşəkkürünü bildirib.

“2022-ci ilin noyabr ayına qədər 15 ölkə Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıdı. O vaxtdan bəri daha 12 ölkə qoşuldu. Mən onlara xahişlərimizi nəzərə aldıqları üçün təşəkkür edirəm və başqalarını da qoşulmağa çağırıram. Qolodomorun Ukrayna xalqının soyqırımı kimi tanınması qurbanların hörmətlə yad edilməsi deməkdir”, – deyə Kuleba öz “Twitter” səhifəsində yazıb.

Mənbə: RBC-Ukrayna

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,