Siyasət

Zaxarova: “Bakı və İrəvanın sülh prosesi BMT-nin qərarı əsasında dəstəklənə bilər”

“Azərbaycan və Ermənistan arasında sülh prosesi Birləşmiş Millətlər Təşkilatının qərarı əsasında dəstəklənə bilər, lakin bunun üçün hər iki tərəfin razılığı lazımdır”.

Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Əgər əlavə nəyəsə ehtiyac olarsa, təbii ki, həyat yerində dayanmır və vəziyyət inkişaf edir, o zaman bu prosesi, məsələn, Birləşmiş Millətlər Təşkilatının qərarı əsasında dəstəkləmək barədə düşünmək olar. Bunun üçün həm İrəvan, həm də Bakının razılığı lazımdır”, – deyə diplomat bəyan edib.

Qərbin vasitəçilik səylərinə diqqət yetirən XİN rəsmisi qeyd edib ki, bu, “bütün bunlar gündəmi yenidən formatlaşdırmaq və ələ keçirmək üçün Moskva ilə müəyyən qısqanc rəqabətin olması” təəssüratını yaradır.

“Cənubi Qafqaza sülh gətirmək cəhdləri yalnız anti-Rusiya meyilli olmadıqda və bizim səylərimizlə rəqabət aparmadıqda mümkün ola bilər”, – o əlavə edib.

Mənbə: TASS

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,