İdman

Rusiya idmançıları dünya çempionatında iştirak edə bilməyəcəklər

Rusiyalı idmançılar Çex Respublikası ərazisində keçirilən hər hansı turnir və matçlarda iştirakdan kənarlaşdırılıb. Məlumata görə, bu barədə hökumətin iyunun 28-də keçirilən iclasında qərar verilib.

Qadağa Rusiya Federasiyasını təmsil edən ayrı-ayrı idmançıların və idman komandalarının Çex Respublikası ərazisində təşkil olunan idman yarışlarında, matçlarda iştirakına aiddir. Eyni zamanda, çexiyalı idmançılar da Rusiya ərazisində yarışlarda iştirak edə bilməzlər.

Beləliklə, Rusiya faktiki olaraq 2024-cü ildə Çex Respublikasında keçiriləcək hokkey üzrə dünya çempionatında iştirak edə bilməyəcək.

Mənbə: İzvestiya

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata