“Neftçi” yarımmüdafiəçi Emin Mahmudovla yeni müqavilə imzalayacaq.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında uzun müddətdir, davam edən danışıqlar müsbət nəticə verib.
Azərbaycan millisinin üzvü yaxın günlərdə yeni sözləşməni imzalayacaq.
Xatırladaq ki, 2018-ci ilin sentyabrından “ağ-qaralar”ın formasını geyinən 31 yaşlı müdafiəçinin müqavilə müddəti başa çatıb. Tərəflər maliyyə məsələlərində ortaq məxrəcə gələ bilmədiyi üçün danışıqlar uzanırdı. Bu səbəbdən Mahmudov “Neftçi”nin Rusiyanın Sanki-Peterburq şəhərindəki təlim-məşq toplanışına gedən heyətinə daxil edilməyib.
Qeyd edək ki, E.Mahmudov ötən mövsüm Azərbaycan Premyer Liqasında 37 oyun keçirib, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Faiq Tahirov