Dünya

Ukraynaya beynəlxalq yardım 170 milyard avroya çatıb

2022-ci ilin fevral ayından beynəlxalq tərəfdaşlar Ukraynaya təxminən 170 milyard avro ayırıb.

Bu barədə Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına istinadən Ukraynanın Nəzarət Olmayan Ərazilərin Reinteqrasiyası Nazirliyi xəbər yayıb.

Bildirilib ki, 2022-ci ilin fevral ayından etibarən tərəfdaşlar Kiyevə təxminən 170 milyard avro ayırıb, bu məbləğə xarici hökumətlərin, eləcə də beynəlxalq maliyyə təşkilatlarının hərbi, maliyyə və humanitar yardımları daxildir.

Qeyd olunub ki, “Ukraine Support Tracker” sisteminə əsasən, 40 ölkə, eləcə də Avropa institutları, BVF və Dünya Bankı Ukrayna üçün donora çevrilib.

O cümlədən, Avropa İttifaqı demək olar ki, 62 milyard avro, ABŞ isə 71 milyard avro yardım ayırıb. Donor ölkələr siyahısına Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Çin, Yaponiya, Norveç, Cənubi Koreya, İsveçrə, Tayvan, Türkiyə və Hindistan da daxildir.

Onlardan Ukrayna əlavə 23 milyard avro əldə edib, daha 13 milyard avroya yaxını isə beynəlxalq maliyyə təşkilatları tərəfindən verilib.

Nazirlikdən vurğulanıb ki, ayrılan vəsaitin yarısı maliyyə yardımı, 40 faizi hərbi yardım, qalanı isə humanitar yardımdır. Ukrayna ən böyük hərbi dəstəyi ABŞ-dan alıb – 43 milyard avrodan çox.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin