Dünya

ABŞ Tayvana 440 milyon dollarlıq silah-sursat və avadanlıq satacaq

ABŞ Dövlət Departamenti ümumi dəyəri 440 milyon dollar olan iki sorğu çərçivəsində Tayvana sursat və avadanlıq satışına icazə verib.

Dövlət Departamenti ABŞ-də Tayvanın səfirliyi funksiyasını yerinə yetirən Taypey İqtisadi və Mədəniyyət Nümayəndəliyinə 332,2 milyon dollar dəyərində 30 millimetr kalibrlik sursat, o cümlədən avadanlıq, silah və tələb olunan proqram təminatı üçün 108 milyon dollarlıq ehtiyat hissələrin satışının mümkünlüyünü təsdiqləyib.

Pentaqon hesab edir ki, potensial satış Tayvana təhlükəsizliyi yaxşılaşdırmağa, həmçinin regionda siyasi sabitliyi, hərbi balansı və iqtisadi tərəqqini qorumağa imkan verəcək.

Mənbə: TASS

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin