Dünya

Paşinyana yaxınlaşan partiya sədrinin oğlu saxlanıldı

Həbsdə olan “Sasna Tsrer” Partiyasının sədri Varujan Avetisyanın oğlu David Avetisyan polis tərəfindən saxlanılıb.”Unikal” erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Avetisyanın qızı sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirir ki, qardaşının saxlanılmasına səbəb ölkənin baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyana küçədə yaxınlaşması olub:”Qardaşım David Avetisyan İrəvanda Angliakan parkının ərazisindən qaçırılıb. Hadisə şahidinin sözlərinə görə, qardaşım etirazını bildirmək üçün baş nazirə və həyat yoldaşına yaxınlaşıb. Sonra qardaşımı sürüyüb zorla naməlum istiqamətə aparıblar. Uzun axtarışlardan sonra məlum oldu ki, qardaşım Polis İdarəsindədir. Qardaşımın telefonu sönükdür, onunla əlaqə saxlaya bilmirik. Bu, siyasi təqib, qisas və başqa heç nə deyil”, – Varujan Avetisyanın qızı yazıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin