Dünya

FTX Krım rəhbərinə sui-qəsd cəhdinin qarşısını alıb

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna diversantlarının Krımın rəhbəri Sergey Aksyonovun avtomobilinin partladılmasının qarşısını aldığını bildirib.”Unikal” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, hücum cəhdi Ukraynanın xüsusi xidmət orqanları təşkil edib. Rusiya təhlükəsizlik qüvvələri SBU tərəfindən işə götürülən 1988-ci il təvəllüdlü Rusiya vətəndaşını saxlayıb. FTX bildirib ki, şəxs Ukrayna ərazisində kəşfiyyat və təxribat fəaliyyəti, o cümlədən mina partlayıcıları üzrə təlim kursu keçib.O, Aksyonovun avtomobilini partlatmaq niyyətində olub, lakin gizləndiyi yerdən partlayıcı qurğunun götürülməsi zamanı Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.Hücum edən şəxsə qarşı terror aktına cəhd və qanunsuz olaraq partlayıcı qurğu saxlama maddələri ilə cinayət işi başlanıb. O, hazırda həbsdədir.FTX-nın məlumatına görə, saxlanılan şəxs etiraf edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin