Dünya

Əlcəzairdə universitetlərdə fransız dilindən imtina edilir

132 il Fransanın müstəmləkəsi olmuş Əlcəzair Fransanı etirazların bürüdüyü bir vaxtda gözlənilməz addım atıb.“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Əlcəzair Ali Təhsil Nazirliyi növbəti tədris ilindən etibarən universitetlərdə fransız dili əvəzinə ingilis dilinin tədris olunması üçün hazırlıqlara başlayıb.

Nazirlik artıq ali təhsil müəssisələrinə hazırlıq görüşlərinin təşkili ilə bağlı çağırış edib. Qərarın Fransada etiraz aksiyalarının keçirilməsi fonunda verilməsi diqqət çəkib. Qeyd edək ki, 1962-ci ildə müstəqilliyini elan etmiş, 45 milyon əhalisi olan Əlcəzairdə 15 milyon nəfər fransızca danışır. Ölkədə bəzi nazirliklər ötən ildən başlayaraq rəsmi yazışmalarda fransız dili yerinə ərəb dilindən istifadə etməyə başlayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin