Dünya

İran Ukrayna təyyarəsinin vurulmasına görə 10 məmuru həbs etdi

İran məhkəməsi 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsinin raketlə vurulması ilə bağlı yekun qərar verib. “Unikal” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.

“Qəzanın İran ərazisində baş verdiyini nəzərə alaraq, məhkəmə işi tam araşdırıb və qəzada günahkar olan 10 məmur barəsində yekun qərar qəbul edib. Onlara 1,5 ildən 3 ilə qədər həbs cəzası verilib. Məhkəmənin qərarına əsasən, günahkarlar qurbanların yaxınlarına hər qurbana görə 150 min dollar məbləğində təzminat ödəməlidirlər”, – XİN nümayəndəsi qeyd edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin