Dünya

“Rusiyanı əsla xəfifə almamalıyıq” – NATO rəsmisi

Tarixdən çıxış edərək rusları və onların geridönüş bacarıqlarını əsla xəfifə almamalıyıq.”Unikal” xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib. NATO Hərbi Komitəsinin sədri deyib ki, Rusiyanın quru qoşunlarının əsas hissəsi Ukraynada döyüşsə də, o, hələ də Kreml qüvvələrinin təhlükə olduğunu düşünür.

“Biz əminik ki, ruslar yenidən qalxmağa, qüvvələrini toparlamağa hazırlaşır. Və buna görə də planlar Rusiya ordusunun faktiki statusu üzərində deyil, Rusiya ordusunun Ukraynaya hücum etməzdən əvvəlki statusu üzərində qurulur”, – admiral Bauer bildirib.Rob Bauer Rusiyanın “bu müharibədən dərs alacağını” və NATO-nun da “onlara ciddi təhlükə kimi baxmağa davam edəcəyini” deyib. O əlavə edib ki, Rusiya qüvvələri malik olduqları nüvə imkanlarından əlavə olaraq, hələ də dənizlərdə, havada və kosmosda çox bacarıqlıdır.Admiral Bauer NATO-nun Vilnüs sammiti və Alyansın hərbi planları barədə də danışıb.“Biz işimizi görməliyik – daha çox sayda qüvvəyə, daha yüksək hazırlığa çatmaq üçün, planlara qarşı məşq etməliyik, tələb etdiyimiz imkanları əldə etməliyik və bu, vaxt aparacaq”, – o bildirib.NATO rəsmisi deyib ki, Alyansın güclənməsi üçün daha çox pul ödəmək lazımdır və bu kollektiv şəkildə edilməlidir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin