Dünya

Mask 6 ayda ən çox pul qazanan insanların reytinqinə başçılıq edir

6 ayda ən çox pul qazanan insanların reytinqinə amerikalı sahibkar Elon Mask başçılıq edir.”Unikal” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, son 6 ayda Mask 96,6 milyard dollar qazanıb. İkinci yeri 58,9 milyard dollar gəlirlə Amerikanın “Meta” şirkətinin yaradıcısı Mark Zukerberq tutub. Üçüncü yerdə Amerikanın Amazon korporasiyasının rəhbəri Ceff Bezosdur.Daha əvvəl bildirilmişdi ki, 2022-ci ilin oktyabr ayından iş adamı İlon Maska məxsus olan Twitter bir neçə aydır ki , Oracle IT Corporation-a ödənişləri gecikdirir . Business Insider xəbər verir ki, Oracle-ın həmtəsisçisi Larri Ellison Maska sosial şəbəkənin alınmasını maliyyələşdirməyə kömək edib və milyarderin yaxın dostlarından biridir .Oracle bir neçə ildir ki, Twitter-ə məlumatların saxlanması xidmətləri göstərir. “Twitter”in sahibi dəfələrlə “Google” və “Amazon” da daxil olmaqla çoxsaylı şirkət və provayderlərə bulud xidmətləri üçün pul ödəməkdən imtina edib .

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin