Cəmiyyət

Diaqnoz Tibb Mərkəzinin Baş Həkiminə təşəkkür məktubu ünvanlandı

Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarova təşəkkür məktubu ünvanlanıb. “Unikal” xəbər verir ki, məktubda deyilir:

Səhhətimdə yaranan problemlə bağlı Diaqnoz Tibb Mərkəzinə müraciət etdim və Mərkəzin Həkim-Terapevti Qoçəli Nağıyevin yüksək keyfiyyətli müalicəsi nəticəsində qısa zaman ərzində sağlamlığıma qovuşdum. Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarova göstərilən diqqət və qayğıya görə təşəkkürümü bildirirəm. Həqiqətən Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarov Cənabları Mərkəzdə nümunəvi şərait yaradıb və əhaliyə yüksək səviyyədə xidmət gostərilir.

Diaqnoz Tibb Mərkəzinin peşəkar kollektivinin düzgün diaqnoz və keyfiyyətli müalicəsi sayəsində yüzlərlə insanın həyatı xilas edilmiş, onlara yeni ömür bağışlanmışdır. Çox sağ olun, əziz həkimlər, var olun! Sağlamlıq naminə gücünüz-qüvvəniz həmişə yetərli olsun!Bütün Diaqnoz Tibb Mərkəzinin heyətinə uğurlar arzulayıram. Hörmətlə,Rəşid İsmayılov”

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər