Dünya

”Yeni konstitusiya uğrunda səyimizi heç vaxt dayandırmayacağıq” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan insanlara üstünlük verən, xalqın müxtəlifliyini və zənginliyini əks etdirən, cəmiyyətə dinamizm qatan bir konstitusiya hədəflədiklərini söyləyib.

“Unikal” xəbər verir ki, Ərdoğan paytaxt Ankarada keçirilən Yeni Konstitusiya Simpoziumunda iştirak edib.

“Biz yeni konstitusiya uğrunda səyimizi və mübarizəmizi heç vaxt dayandırmayacağıq. Biz insanlara üstünlük verən, xalqın müxtəlifliyini və zənginliyini əks etdirən, cəmiyyətə dinamizm qatan bir konstitusiya hədəfləyirik. Bütün siyasi partiyalara, vətəndaş cəmiyyəti və akademiya üzvlərinə müraciət edirəm. Gəlin ən ideal konstitusiya mətnini hazırlamaq üçün danışaq, mübahisə edək, müzakirə edək”.

Yeni konstitusiyanın məqsədi ilə bağlı Türkiyə Prezidenti deyib: “Biz parlamentdəki bütün qruplarla danışacağıq, görüşəcəyik. Əgər buna müsbət baxsalar, yolumuza davam edəcəyik. Xalq Alyansı olaraq buna hazırıq”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin