Dünya

Dünyanın ən hündür iti öldü

Dünyanın ən hündür iti Zevs üç yaşında ölüb.”Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Zevs 2022-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Onun hündürlüyü 2,10 m, çəkisi – 91 kq olub. Məlumata görə, Zevsə bu yaxınlarda xərçəng diaqnozu qoyulub. Onun sahibi, əslən Texasdan olan Brittany Davis, itinin müalicəsi üçün pul toplamaq üçün onlayn pul yığımı başladıb. O, sosial şəbəkələrdə 11 min avroya yaxın pul toplayıb. Bütün məbləğ Zevsə qulluq etmək üçün xərclənib. Heyvanın ayağı şişə görə amputasiya edilməli olub. Əməliyyat yaxşı keçib, lakin gecə Zevsin səhhəti qəfil pisləşib və o ölüb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin