Dünya

Bayraktar Türkiyədə ilk atom elektrik stansiyasının fəaliyyətə başlayacağı vaxtı açıqladı

Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyasının 2024-cü ildə istifadəyə verməyə hazırlaşır.Bu açıqlama ilə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar çıxış edib.“Bizim 2035-ci ilə qədər 60 giqavat bərpa olunan enerjimiz var. Son 12-15 il ərzində Günəş və külək enerjisindən 22 min meqavat enerji əldə etmişik. 12 ildən sonra biz gələcək ehtiyaclar üçün bu gücü üç dəfə artırmalıyıq”, – deyə Alparslan Bayraktar vurğulayıb.Qeyd edək ki, Rusiya və Türkiyə hökumətləri arasında Türkiyə Respublikasındakı Akkuyu ərazisində atom elektrik stansiyasının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb. İstifadəyə verildikdən sonra AES-in ildə təxminən 35 milyard kilovat/saata yaxın elektrik enerjisi istehsal edəcəyi planlaşdırılır. “Akkuyu” AES Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcək. Atom elektrik stansiyasının istifadə müddəti daha 20 il uzadılmaq imkanı ilə 60 ildir.Mənbə: TASS

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin