Tərtər rayonunda ana oğlunu bıçaqlayıb.“Qafqazinfo” xəbər verir ki, Tərtər şəhəri H.Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü Xanım İmanova yaşadıqları evdə oğlu, 32 yaşlı Nahid İmanlını bıçaqlayıb.Ailədaxili münasibətlərin pozulması nəticəsində baş verən hadisədə sol döş qəfəsinin aşağı arxa hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri alan N.İmanlı xəstəxanaya yerləşdirilib.Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanıb. X.İmanova polis tərəfindən saxlanılıb.
Tərtərdə ana oğlunu bıçaqlayıb
