Dünya

İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədrinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə başsağlığı verib.”Unikal” xəbər verir ki, dövlət başçısı məktubunda qeyd edib: “Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi”.

Azərbaycan Prezident bu faciə ilə əlaqədar Məhəmməd Yunis Əl-Mənfiyə, həlak olanların ailələrinə və yaxınlarına, dost Liviya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin