Hadisə

Mingəçevirdə fotoqrafı döydülər – YENİLƏNİB

Döyülmə faktı ilə bağlı araşdırma aparılır.
DİN- in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, sentyabrın 14-də Mingəçevir şəhər sakini Elman Nəbiyevin Elnur Əhmədov tərəfindən döyülərək xəsarət alması ilə bağlı araşdırma aparılır. Tərəflərin izahatları alınıb və xəsarətin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. Araşdırmanın və ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Mingəçevirdə fotoqrafı döyüblər. 
“Unikal”ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivində qeydə alınıb. Belə ki, “Nur” şadlıq sarayının qarşısında fotoqraf Elman Nəbiyev toy sahibinin sərxoş qohumlarının hücumuna məruz qalıb. Döyülən E. Nəbiyev hadisə ilə bağlı polisə müraciət edib. 
Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.