Cəmiyyət

Bu gün Yevlaxda qaz olmayacaq

Bu gün Yevlaxda qaz təchizatı dayandırılacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Yeni Yevlax” ölçü qovşağının giriş hissəsində və “Yevlax-1” Qaz Paylayıcı Stansiyada şam xətti üzərində olan nasaz kranın dəyişdirilməsi ilə bağlı sentyabrın 19-da saat 09:00-dan işlər başa çatanadək “Yeni Yevlax” və “Yevlax 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.Təmir işləri aparılan müddətdə Yevlax şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər