Dünya

“İrəvan rəhbərliyi qəsdən əlaqələri pozmağa cəhd edir” – Rusiya XİN

Ermənistanın baş naziri Nikol Paşinyanın komandasının məsuliyyətsiz yanaşması erməni cəmiyyətinin bir hissəsinin başa düşülən narazılığına səbəb olub və bu, xalq etirazlarında ifadə olunub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.XİN-dən bildirilib ki, etirazçıların Rusiyadan ilhamlandıqları iddialarının reallıqla heç bir əlaqəsi yoxdur: “Ermənistan hökumətinin başçısı yaxşı bilməlidir ki, Moskva rəngli inqilablar təşkil etməkdə kifayət qədər mahir olan Qərbdən fərqli olaraq, belə işlərlə məşğul olmur. Eyni zamanda, məlum olduğu kimi, ABŞ səfiri hökumətlə sıx əlaqələr saxlayır. Bunun fonunda, açıq-aydın hakimiyyətin təhriki ilə erməni mətbuatında əsl anti-Rusiya mövqeyi ortaya çıxıb.Əminik ki, İrəvan rəhbərliyi qəsdən Ermənistanla Rusiya arasında çoxşaxəli və çoxəsrlik əlaqələri pozmağa, ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə cəhd edərək böyük səhvə yol verir. Ermənistan əhalisinin böyük əksəriyyəti bundan xəbərdardır”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin