Dünya

Məşhur model İNTİHAR etdi

Braziliyada yaşayan aktrisa və model Sabina Boqiçi faciəli şəkildə həlak olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Sabina məşhur kolleksioner və milyoner Jan Boqiçinin yeganə varisi idi.
Sabina Boqiçi öz mənzilinin pəncərəsi altında ölü tapılıb. O, beşinci mərtəbədən yıxılaraq həyatını itirib.
Polis Sabinanın intihar etdiyini düşünür, çünki onun evində ərinə yazılmış məktub tapılıb. 2022-ci ildə Sabina və ərinin adı cinayət işində hallanıb. O, öz 82 yaşlı anasından dələduzluq yolu ilə 150 milyon dollar və ləl-cəvahirat oğurlamışdı. Ana qızını polisə şikayət etmiş və o saxlanılmışdı.
Maraqlıdır ki, həmin vaxt qoca ana bir ekstrasens tutmuş, o da Sabinanın tezliklə öləcəyini demişdi. Sonra qəzetlər ekstrasensi Sabinanın öyrətdiyini yazmışdılar. Sabina anasının rəhmə gəlməsi nəticəsində ev dustaqlığına buraxılmışdı və bu gün məhkəməsi olacaqdı.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin