Cəmiyyət

Lənkəranda qaz olmayacaq

Bu gün Lənkəran rayonunun qaz təchizatında fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar sentyabrın 27-də saat 10:00-dan işlər başa çatanadək Lənkəran rayonunun Girdəni kəndi istiqamətində gedən orta təzyiqli qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyici qurğunun yenisi ilə əvəz olunması, həmçinin adıçəkilən rayonun Qurunba kəndində yerləşən Cəzaçəkmə müəssisəsinin qazlaşdırılması ilə bağlı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Lənkəran 1 və 2” və “RVU-2 (Lənkəran)” ölçü qovşaqlarından qaz təchizatınının dayandırılması planlaşdırılır.Təmir-quraşdırma işləri aparılan zaman Lənkəran rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər