Cəmiyyət

Qarabağı tərk edən erməni Bakıda bu məşhur yüksək vəzifəli şəxsin dostu imiş – FOTO

Xankəndini tərk edən erməni sakinlərdən birinin azərbaycanlı jurnalistlə dialoqu diqqət çəkib. Xankəndidə 44 il yaşadığını deyən erməni şəhəri könüllü, yoxsa məcburi tərk etməsi ilə bağlı AzTV müxbirinin sualını cavablandırıb.”Mən xəstəyəm, İrəvanda əməliyyat olunmuşam. Hələ 3 ay əvvəl qayıtmaq istəyirdim, alınmırdı. İstəyirəm indi qayıdım müalicə olunum”.Azərbaycanın Qarabağ bölgəsinin erməni sakini “həmin vaxtı orada yaşayan azərbaycanlılar haqqında nə deyə bilərsiniz” sualına isə belə cavab verib:”Bir çoxu dostum idi. İndi Azərbaycanın əsas travmatoloqlarından Yaşar Cəlilov dostum idi. Allahverdiyev Nazim vardı. Mən həkiməm. Biz birlikdə dispanserdə işləmişik. O, Şuşada cərrahiyyə şöbəsinin rəisi idi. Onlar mənim dostum idi”.Qeyd edək ki, erməni sakininin bəhs etdiyi Yaşar Cəlilov Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri, professordur.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər