Azərbaycan daha bir FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Report xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin II turunda iş başında olacaq.
Məsiyev Farer adalarında yerli “Ki Klaksvik” və Fransanın “Lill” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Qeyd edək ki, oktyabrın 5-də Torshavnda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək
