Cəmiyyət

Taksilərlə bağlı yeni tələblər qüvvəyə minir: Sabahdan qiymətlər artacaq?

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər qüvvəyə minəcək. 
Dəyişikliklərə əsasən, taksi xidmətində bir sıra yeniliklər olacaq. 
Tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək. 
Bəs görəsən, taksi sahəsindəki islahatlar qiymətlərə də təsir edəcəkmi?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov yeni tələblərin qiymətə təsir etməyəcəyini bildirib: 
“Çox güman ki, yeni tələblər oktyabrın 1-dən yox, bazar ertəsindən qüvvəyə minəcək. Çünki sabah bazar günüdür. Proseslər iynə-sapdan asılımış kimidir. Nəqliyyat sistemi elə bir şeydir ki, bir-biri ilə zəncirvari əlaqədədir. Məsələn, metronun ləngiməsi avtobuslarda böyük insan sıxlığına səbəb ola bilər, yaxud hansısa yolun bağlanması gün ərzində digər yerlərdə də avtomobil sıxlığına gətirib çıxara bilər. Burda hər şey bir-biri ilə əlaqəlidir, o cümlədən də sürücülərin kurs keçməsi ilə bağlı qoyulan tələblər. 
Mən düşünmürəm ki, bu tələblər hər hansı narahatlıq, taksi fəaliyyətində hər hansı geriləmə yaratsın. Bu proseslər üçün kifayət qədər vaxt verilmişdi və sürücülər özləri sertifikat almaqda maraqlı idilər. Qiymət artımının olacağını düşünmürəm. Artım o vaxt baş verə bilər ki, sürücü az olsun və vətəndaşlar yolda qalsın. Amma bu proseslərə kifayət qədər vaxt verilmişdi və insanlar buna hazırlaşıb. Onlar vaxt imkanından istifadə edərək öz sertifikatlarını, sənədlərini almağa tələsiblər”. 
Ekspert qeyd edib ki, yeni tələblərə görə, sertifikatların alınması prosesində sürücülər hər hansı problemlə qarşılaşmayıblar: 
“Ola bilər ki, 10-20 sürücü sertifikatı almaqda gecikib, ləngiyib, lakin bu, ümumi prosesə təsir etməyəcək. Taksi şirkətləri markentinq şirkətləridir, onlar pul qazanırlar. Ona görə də şirkət heç vaxt sürücünü, obyekti boş saxlamaz. Müəyyən ləngimələr olarsa, avtomatik onu aradan qaldırmağa çalışacaqlar. Əgər indiyə qədər bununla bağlı hər hansı problem yaransaydı, təbii ki, proseslər sosial şəbəkələrdə müzakirəyə çıxarılardı. Hələ ki, proseslərlə bağlı narahatlıq nə sosial şəbəkələrdə, nə də mətbu orqanlarda yayımlanıb, mənim özümə də bu barədə şikayətlənən olmayıb. Sertifikatın alınması ilə başlı indiyə kimi hər hansı problem yaşanmayıb”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər