Dünya

Planetlərdə həyat tapmaq üçün süni intellektdən istifadə ediləcək

Alimlər Marsda və digər planetlərdə həyat axtarmaq üçün süni intellektdən istifadə edəcəklər.
Xarici mətbuat xəbər verir ki, ABŞ və Yaponiyadan olan beynəlxalq alimlər qrupu süni intellektdən istifadə edərək digər planetlərdə həyat axtarmaq üçün yeni bir üsul hazırlayıb. Tədqiqatçıların fikrincə, alqoritm bioloji nümunələri 90% dəqiqliklə müəyyən edir.
Alimlər süni intellektə 134 məlum abiotik və biotik nümunənin molekulyar zond məlumatları üzərində təlim keçiblər. Sınaqlar zamanı alqoritm qabıqlar, dişlər, sümüklər, yarpaqlar, insan saçları və orqanizmlərin hüceyrələri kimi obyektləri, həmçinin geoloji proseslər zamanı dəyişmiş qədim həyat qalıqlarını – kömür, neft, kəhrəba və yüz milyonlarla illik qalıqları uğurla müəyyən edib.
Mütəxəssislər hesab edirlər ki, onların hazırladıqları texnologiya həm də 3,5 milyard il əvvəl yaranmış çöküntülərdə ən qədim mikrobların tapılması ilə Yer kürəsində bir sıra elmi sirlərin açılmasına kömək edəcək.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin