Dünya

İlon Maskın tərcümeyi-halı atasını HİRSLƏNDİRDİ

SpaceX və Tesla-nın qurucusu İlon Maskın atası Errol Mask, “Walter Isaacson” tərəfindən yazılmış tərcümeyi-halı geniş cəfəngiyat adlandırıb.
Xarici media bildirir ki, müvafiq materialı “Daily Mail” nəşri dərc edib.
Söhbət “Elon Musk” adlı kitabdan gedir. 77 yaşlı cənubi afrikalı mühəndis qeyd edib ki, bu əsərdə təqdim olunan məlumatlar reallığa uyğun gəlmir. Xüsusilə, o, aralarındakı çətin münasibətlərinin İlon Maskın şəxsi həyatında problemlər yaratması fikrini təkzib edib.
“İlon Mask hər şeyi mənə borcludur. Bunu təvazökarlıqla deyirəm. Mən əlimdən gələni etdim. Bu kitab doğru deyil. Bu tamaşa üçün materialdır. Müəllifə e-poçt göndərdim və bu barədə ona dedim”, – milyarderin atası bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin