Cəmiyyət

“Vüqar Həşimov” komandası Avropa Kubokunda

“Vüqar Həşimov” komandası Albaniyanın Durras şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokunda iştirak edəcək.
Turnirə bu gün start veriləcək.
“Vüqar Həşimov” komandasında üçqat Avropa çempionu Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli, Read Səmədov və Ülvi Sadıxov çıxış edəcəklər. Komandaya Vüqar Həşimovun qardaşı Sərxan Həşimov rəhbərlik edir.
Azərbaycan təmsilçiləri ilk tur çərçivəsində Böyük Britaniya təmsilçisi “Seltik Taygers”lə qarşılaşacaq.
Qeyd edək ki, kişilərin yarışında 84 klub mübarizə aparır. Reqlamentə əsasən, iştirakçılar 7 turda çıxış edəcəklər.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər